Aşiqlərin diskursu

diver

Roland Barthes – Fragments d’un discours amoureux kitabının tərcüməsinə başlamışam. Kitabı hissə-hissə tərcümə edəcəyəm və səhifə yenilənəcək. Kitab 1977-ci ildə yayımlanıb və aşiqlərin necə hiss etdiyini analiz edərək onlara izah verir. 

barthes11 - Aşiqlərin Diskursu
  • Sevgidə vassallıq mexanizmi dibsiz bir axmaqlıq istəyir. Elədir, asılılığın tam şəffaf üzə çıxması üçün, ən gülünc şərtlərdə partlaması, qorxudan deyilməz hala gəlməyi lazımdır – məsələn, bir zəng gözləmək qaba bir asılılıqdır. Onu incəltməliyəm, elə isə aptekdə o telefonun yanına qayıtmağımı gecikdirən boşboğaz qadınlara əsəbiləşəcəyəm amma çatmaq istədiyim bu zəng mənim üçün yeni bir asılılıq səbəbi olacağı üçün sanki bu asılılığın sərhədlərini qorumaq və asılılığın davam etməyi üçün var gücümlə çalışacağam deməyi gəlir adamın – bu asılılıq məni dəli edir, hələ üstəlik dəli olmaq məni alçaldır.(Asılılığımı qəbul edirəmsə, mənim üçün istəyimi göstərmək yolu olduğu üçün qəbul edirəm: eşq dilində, axmaqlıq bir “zəiflik” və ya “gülünclük” deyil, güclü bir göstəricidir. Nə qədər axmaqdırsa, o qədər mənalıdır və o qədər güclüdür)
  • “Digəri” hər şeyə qərar verilən və mənə gələn hər şeyin endiyi bir üst mərtəbəyə – Olimp dağına köçüb. Bu qərarlar hərdən mərtəbə-mərtəbə gəlir, çünki “digəri” də özündən yuxarıda olan bir məqamın əsiridir. Beləliklə mən iki dəfəlik asılıyam – həm sevdiyimdən, həm də onun asılı olduğundan asılıyam. Bu vaxt da deyinməyə başlayıram; çünki bu asılı olduğum yüksək əmr mənbəyi mənə tam haqsız kimi görünür; “Qismət”də özüm üçün seçdiyim “fəlakətli” qul deyiləm artıq. Aristokratik, yetkin, demokratik hüquqların ilk yumruqlarını yediyi bu tarixi dövrə geri dönmüşəm: “Mən niyə bunları yaşamalıyam axı?!”(Yaşadığım hər hansı bir sistemdə, qarışıq təqvimi ilə tətil seçimi bu haqq istəklərinə nümunədir)