2011-ci ildə cəmi 50 meqabaytlıq bir hostinqdə AzBlog.org proyektini yaratmışdım. Azərbaycanda ilk bloq aqqreqatorunun əsasını qoymuşdum. Bütün kodlaması filan başdan aşağı mənim idi. Özü də heç bir qrant filan olmadan. Bütün qeydiyyatda olan bloqları 15 dəqiqədən bir yeni yazılar üçün yoxlayır, yazının bir hissəsini özündə saxlayır, sonra əsas yazıya link verirdi. Camaat dava-qırğın dalaşdaydı. Əla da trafiki vardı, Alexada Azərbaycan üzrə ilklərdə idik. Sonra domen vaxtı bitdi, mən də tələbə idim, pul filan qazanmırdım deyə ömrün uzada bilmədim.
 
İndi Facebook və böyük saytlarda köşə yazısı yazmaq məsələsi bloqları tamamilə öldürüb, iflic hala salıb. Əsl canlılıq o vaxtlardaydı.

Screenshotuna burdan baxa bilərsiniz.