You are currently viewing Qafqaz albanlarının dilində ismin infleksiyaları

Qafqaz albanlarının dilində ismin infleksiyaları

Ötən yazılarda ismin halları və bəzi əsas şəkilçilər haqqında yazmışdım. Bu yazıda ismin əsas infleksiyaları haqqında yazacağam.

Cəm şəkilçiləri

Öncə isə gərək çoxluq bildirən hissəciklərdən başlayaq. Alban dilində bir sözün çox bildirən halı -𐕒𐕡𐕇 (-ux̣) və ya -𐕒𐕡𐕀 (-ux) ilə yaradılır. Lakin qeyd etmək lazımdır ki, bu cəm şəkilçiləri alomorfdur, yəni, bizdəki -lar və -lər şəkilçiləri kimi eyni morfemin fərqli formalarıdır. Hazırda hər iki şəkilçi müasir udi dilində -ux formasında qorunub saxlanılıb. Bu şəkilçilər ismin mütləq halına aiddir. Digər hallarda isə bu şəkilçi -𐕒𐕡𐕘 (-uġ) formasını alır. Hətta bəzən qısaldılaraq -𐕘 (-ġ) formasında da özünü biruzə verə bilər. Bəzi nümunələrə baxaq:

Sözün kökü Mütləq cəm Digər hallar Mənası
𐔰𐕎𐔲𐔴𐔾𐕒𐕚 (angelos) 𐔰𐕎𐔲𐔴𐔾𐕒𐕚𐕒𐕡𐕇 (angelosux̣) 𐔰𐕎𐔲𐔴𐔾𐕒𐕚𐕒𐕡𐕘 (angelosuġ) Mələk(lər)
𐔰𐕐𐔰𐕙𐕄𐔴𐕜 (ašarḳeṭ) 𐔰𐕐𐔰𐕙𐕄𐔴𐕜𐕒𐕡𐕇 (ašarḳeṭux̣) 𐔰𐕐𐔰𐕙𐕄𐔴𐕜𐕒𐕡𐕘 (ašarḳeṭuġ)
𐔰𐕐𐔰𐕙𐕄𐔴𐕜𐕘 (ašarḳeṭġ)
Şagird(lər)
𐕌𐔰𐕙𐕘𐔰𐕛𐔴𐕎 (marġaven) 𐕌𐔰𐕙𐕘𐔰𐕛𐔴𐕎𐕒𐕡𐕇 (marġavenux̣) 𐕌𐔰𐕙𐕘𐔰𐕛𐔴𐕎𐕒𐕡𐕘 (marġavenuġ) Peyğəmbər(lər)
𐕜𐔽𐔴𐔲 (ṭˁeg) 𐕜𐔽𐔴𐔲𐕒𐕡𐕇 (ṭˁegux̣) 𐕜𐔽𐔴𐔲𐔲 (ṭˁeguġ) İşarə(lər)

Bir başqa forma da -𐔼𐕀/𐔼𐕇/𐔼𐕘 (-ix/ix̣/iġ) formasıdır ki, onlar əsasən -𐔰𐔾 (-al) şəkilçisi ilə yaradılan sözlərə qoşulur:
𐔼𐕅𐕒𐕡𐕇𐕆𐔴𐕖𐔰𐔾 (il’ux̣hečal, ‘səfir, xəbərçi’) → 𐔼𐕅𐕒𐕡𐕇𐕆𐔴𐕖𐔰𐔾𐔼𐕇 (il’ux̣hečalix̣, ‘səfirlər, xəbərçilər’)
𐔱𐔼𐕀𐔰𐔾 (bixal, ‘valideyn’) → 𐔱𐔼𐕀𐔰𐔾𐔼𐕘 (bixaliġ, ‘valideynlər’)

Bundan əlavə -𐔱𐕒𐕡𐕙, -(𐕒𐕡)𐕙(𐕒𐕡𐕀), -𐕌(𐕒𐕡𐕀) (-bur, -(u)r(ux), -m(ux)) kimi formalar da var ki, əsasən təkhecalı sözlərə birləşirlər. -ur üçün nümunələr:
𐔰𐕐 (aš, ‘iş’) → 𐔰𐕐𐕒𐕡𐕙 (ašur, ‘işlər’)
𐕌𐕒𐕡𐔵 (muz, ‘dil’) → 𐕌𐕒𐕡𐔵𐕒𐕡𐕙 (muzur, ‘dillər’)

-r şəkilçisi -ur şəkilçisinin bir formasıdır. Belə şəkilçili sözlər ismin mütləq olmayan hallarında -𐕘 (-ġ) şəkilçisini də əlavə edirlər. Nümunələr:
𐔳𐔴 (de, ‘ata’) → 𐔳𐔴𐕙𐕘- (derġ-, ‘atalar’)
𐕘𐔼 (ġi, ‘gün’) → 𐕘𐔼𐕙𐕘- (ġirġ-, ‘günlər’)
Lakin biz -r şəkilçisini qeyri-mütləq hallarda müstəqil də görə bilərik. Məsələn: 𐕌𐕒𐕡𐔵𐕙𐕒𐕎 (muzron, ‘dillərdə’)

-mux şəkilçisi adətən plurale tantum, yəni həmişə cəmdə olan sözlər düzəldir. İngiliscədəki “trousers” və “pants” kimi: 𐕃𐕒𐕡𐕌𐕒𐕡𐕀 (ʒ́umux, ‘ağız’), 𐔸𐕒𐕡𐕙𐕌𐕒𐕡𐕀 (turmux, ‘ayaq’). Qeyri-mütləq hallarda isə digər formalar kimi -muġ formasına düşür, məsələn yuxarıda göstərdiyimiz nümunəni qeyri-mütləq formasına baxaq:
𐕃𐕒𐕡𐕌𐕒𐕡𐕀 (ʒ́umux, mütləq hal) → 𐕃𐕒𐕡𐕌𐕒𐕡𐕘𐕒𐕀 (ʒ́umuġox, III dativ hal)

İsmin cəm halları

Ötən yazıda ismin hallanması və şəkilçilər barədə yazmışdım. Alban dilində cəm şəkilçiləri olan, artıq çoxluqda ifadə edilən sözlərin hallanması tək olan isimlərə görə fərqlənir. Formaca tək haldan daha asandırlar. Ona görə də çox qısa nümunələrlə göstərib keçmək istəyirəm.

İsmin halı

Şəkilçi

Nümunə

Mənası

Mütləq hal

Olmur

Xitab (vokativ)

-o

𐕘𐔰𐕙𐕌𐕒𐕡𐕀𐕒 (ġarmuxo)

Uşaqlar!

Erqativ

-on

𐔰𐕎𐔲𐔴𐔾𐕒𐕚𐕒𐕡𐕘𐕒𐕎 (angelosuġon)

Mələklər

Yiyəlik

-oy

𐔰𐕐𐔰𐕙𐕄𐔴𐕜𐕒𐕡𐕘𐕒𐔺 (ašarḳeṭuġoy)

Şagirdlər

I Dativ

-o

𐔰𐕎𐔲𐔴𐔾𐕒𐕚𐕒𐕡𐕘𐕒 (angelosuġo)

Mələklərə

II Dativ

-o-s

𐕛𐔰𐕖𐔰𐕙𐕒𐕡𐕘𐕒𐕚 (vačaruġos)

Yəhudilərə

III Dativ

-o-x/-x̣

𐔳𐔴𐕙𐕘𐕒𐕇 (derġox̣)

Atalara

I Çıxışlıq (ablativ)

-o-c

𐕞𐕡𐕘𐕌𐕒𐕠 (üwġmoc)

Damlardan

II Çıxışlıq

-o-xoc

𐔰𐕐𐔰𐕙𐕄𐔴𐕜𐕒𐕡𐕘𐕒𐕀𐕒𐕠 (ašarḳeṭuġoxoc)

Şagirdlərdən

I Adessiv

-o-k

𐕌𐔰𐔳𐔼𐕅𐕒𐕡𐕘𐕒𐕣 (madil’uġok)

Güclərlə

II Adessiv

-o-č̣

𐔰𐕎𐔲𐔴𐔾𐕒𐕚𐕒𐕡𐕘𐕒𐕊 (angelosuġoč̣)

Mələklərə (yaxın)

I Anteablativ

-o-staxoc/stax̣oc

𐕞𐕡𐕀𐕙𐕒𐕚𐔸𐔰𐕇𐕒𐕠 (üwxrostax̣oc)

Hökmdarların önündə

II Anteablativ

Məlum deyil

Komitativ

-o-xoš

𐔰𐕐𐕙𐕒𐕀𐕒𐕐 (ašroxoš)

İşlərlə

Direktiv

-o-xu

𐕢𐔰𐕙𐔼𐕚𐔰𐕒𐕡𐕘𐕒𐕀𐕒𐕡 (parisauġoxu)

Fəriseylərə

Ekuativ

Məlum deyil

Subessiv

Məlum deyil

Superablativ

-o-loc

𐕞𐕡𐕀𐕙𐕒𐔾𐕒𐕠 (üwxroloc)

Hökmdarlardan ötrü

I Superessiv

-o-l

𐔳𐔴𐕙𐕘𐕒𐔾 (derġol)

Ataların üzərində

II Superessiv

-o-loš

𐕘𐔼𐕙𐕘𐕒𐔾𐕒𐕐 (ġirġološ)

Günlər (ərzin)də

III Superessiv

-o-xol

𐕌𐔰𐔴𐕄𐔰𐔾𐕒𐕡𐕘𐕒𐕀𐕒𐔾 (maeḳaluġoxol)

Hədiyyələr haqqında

Cinslərə görə infleksiya

Alban dilində cinslərə görə infleksiya mövcuddur. Üç cürə cins var – maskulin, feminin və neytral. Bu cinslər şəkilçi ilə məlum olur. Kişi cinsi üçün -o, qadın cinsi üçün -aġ, neytral cins üçün isə -(e)ṭ şəkilçisi istifadə edilir. Lakin cəm hallarda bu fərqli olur. Aşağıdakı III dativə qədərki cədvəl başa düşmək üçün daha çox kömək edəcək:

 

Kişi

Qadın

Neytral

 

Tək

Cəm

Tək

Cəm

Tək

Cəm

Mütləq hal

-o

-å͞r

-aġ

-aġur

-o

-ebur

Xitab (vokativ)

Təyin olunmayıb

Erqativ

-o-en

-å͞n

-aġ-en

-aġ-r-o-n

-(e)ṭ-en

-ed-ġ-on

Yiyəlik

-o-ya

-å͞y

-aġ-ya

-aġ-r-o-y

-(e)ṭ’a

-ed-ġ-oy

I Dativ

-o-u

-å͞a

-aġ-u

-aġ-r-o

-(e)ṭ-u

-ed-ġ-o

II Dativ

-o-u-s

-å͞s

-aġ-u-s

-aġ-r-o-s

-(e)ṭ-u-s

-ed-ġ-os

III Dativ

-o-u-x/-x̣

-å͞x

-aġ-u-x/-x̣

-aġ-r-o-x/-x̣

-(e)ṭ-u-x/-x̣

-ed-ġ-o-x/-x̣

Gördüyünüz kimi, söz əvvəl cins bildirən şəkilçiyə, sonra varsa cəm şəkilçisinə, sonra varsa hal şəkilçisinə birləşir. Kişi cinsinin cəm halı daim qısaltma halında mövcuddur.

Məsələn, soldakı şəkildə biz 𐕈 (å) hərfinin üzərindən xətt çəkilərək 𐕙 (r) və 𐔺 (y) hərflərinə qoşulduğunu görürük. Yuxarıdan çəkilən xətt daim qısaltmanı bildirir və müqəddəs adlara da tətbiq olunur. Təəssüf ki, buradakı tam formanı dəqiq bilmirik, çünki əlyazmalarda daim qısaldılmış formada qeyd edilib. Buna görə də, biz də bu formatdan istifadə edəcəyik. Yəni, 𐕈͞𐕙 (å͞r) və 𐕈͞𐔺 (å͞y) kimi.

İndi isə gəlin bir neçə ifadəni analizə məruz qoyaq:

𐔴𐔿𐔴𐕘𐕒 (en’eġo) – bu ifadə en’eġ (başqa) sözündən və maskulin təkdə istifadə edilən -o şəkilçisindən ibarətdir. Tam olaraq “başqası”, “başqa olan şəxs” mənasına gəlir. Qadın olmadığı dəqiqdir.
𐔰𐕅𐔴𐕈͞𐕙 (al’eå͞r) – bu ifadə al’e (qoca) və maskulin cəmdə istifadə edilən -å͞r şəkilçisindən ibarətdir. -r şəkilçisi burada, yuxarıda gördüyümüz cəm şəkilçisinin qısaldılmış formasıdır. Yəni, bu sözü “qoca kişilər” olaraq analiz edə bilərik.
𐔱𐕞𐕡𐔼𐔴𐔱𐕒𐕡𐕙 (büwiebur) – bu ifadə büwi (ağır) sözündən və neytral cəm olan -ebur hissəciyindən yaradılıb. Bu hissəcik bizə söhbətin cansız əşyalardan getdiyini bildirir, yəni “ağır şeylər”. Əgər 𐔱𐕞𐕡𐔼𐕈͞𐕙 (büwiå͞r) olsaydı “ağır kişilər” mənasına gələrdi.

Gəlin digər hallara da baxaq:

𐕚𐕒𐕡𐕎𐔰𐕘𐕒𐕡𐕀𐕒𐕡 (sunaġuxu) – bu ifadədə əvvəl “tək” mənasına gələn “sun” sözünü görürük. Bu söz 𐕚𐔰 (sa, ‘bir’) ədədi və -𐕒𐕡𐕎 (-un) yiyəlik şəkilçisi ilə yaradılıb, sifətdir. Bu sözə qoşulan -aġ şəkilçisi bizə qadın cinsinin təkini nişan verir. -u şəkilçisi I dativdir və yönlük -xu şəkilçisi ilə izlənilir. Nəticə belə olur: “tək (olan) qadına”
𐔱𐔴𐔵𐔼𐔴𐔳𐕒𐕡𐕀 (beziedux) – bu ifadədə biz kök olaraq “bezi” (mənim) sözünü görürük. Bu sözə -ed şəkilçisi qoşulub, yəni söhbət cansız əşyadan gedir (bu şəkilçi -eṭ hissəciyinin bir formasıdır). O, öz növbəsində III dativ olan -x şəkilçisi ilə izlənilir. Nəticə: “mənimki”, “mənim (olan) şey”

Bütün bunlardan əlavə olaraq, yuxarıdakı -o, -ed kimi cins bildirən şəkilçiləri biz bəzən müstəqil halda da görürük. Məsələn:

𐔱𐕈𐔿𐔼 𐔴𐔳𐕘𐕒𐕀𐕒𐕠 𐔼𐕀𐕒𐔺 𐔱𐕒𐕡𐕍𐔰𐕎𐔰𐕒𐕡𐕎𐔴 (Bån’i edġoxoc ixoy buq̇anaune) ‘Onlardan ən böyüyü sevgidir’ — təxmin edəcəyiniz kimi, burada “edġoxoc” sözü əsas fokuslandığımız hissə olacaq. Yuxarıda gördüyümüz kimi, -ed neytral cinsi bildirən -eṭ şəkilçisinin bir formasıdır. Lakin, burada müstəqil olaraq istifadə edilib. -ġ şəkilçisi burada -uġ (cəm şəkilçisinin qeyri-məlum hal alomorfu) şəkilçisinin qısaldılmasıdır, yəni çoxluq mənası qatır. -oxoc şəkilçisi isə yuxarıdakı cədvəldən də görəcəyiniz kimi II çıxışlıq haldır. Nəticə: “onlardan” və ya “o şeylərdən”
𐕆𐔶 𐔴 𐔺𐔰𐔾 𐕒𐔺𐔰 𐔱𐔼𐕣𐔼 𐕀𐔰𐕐𐔰𐕎𐕄𐔴 (hē e yal oya biki xašanḳe) ‘Onun paltarı işıq kimi ağ idi’ — burda da biz “oya” sözünə baxırıq. Gördüyünüz kimi şəkilçi kimi istifadə edilən -o burada müstəqil istifadə edilib və özü də -ya yiyəlik şəkilçisi alıb. Nəticə: “Onun”, “O kişinin”

Bununla alban dilində “İsimlər” mövzusunu bitirdik. Ümid edirəm maraqlı oldu və məlumat əldə edə bildiniz. Növbəti yazı sifətlər haqda olacaq

This Post Has One Comment

Bir cavab yazın