You are currently viewing Qafqaz albanlarının dilində sifətlər və əvəzliklər

Qafqaz albanlarının dilində sifətlər və əvəzliklər

Ötən yazılarda ismin halları, bəzi əsas şəkilçilərismin əsas infleksiyaları haqqında yazmışdım. Bu yazıda isə sifətlərdən və əvəzliklərdən bəhs edəcəyəm.

Sifətlər

Əsas, törəmə olmayan sifət və zərflərin sayı bütövlükdə ləzgi dilləri üçün xarakterik olduğu kimi alban dilində də bir qədər azdır. Bəzi nümunələr:

𐔰𐕅𐔴 al’e ‘yaşlı, öndə gələn’
𐕌𐔰𐔾 mal ‘balaca, az’
𐔱𐕞𐕡𐔼 büwi ‘ağır’
𐕠𐔴𐕀 cex ‘hamısı’
𐕄𐔰𐔹𐔼 ḳać̣i ‘kor’
𐔽𐔰𐕀𐔼 ˤaxi ‘uzaq’
𐔱𐔰𐔼 bai ‘dolu’
𐔰𐕠𐔼 aci ‘az’
𐕍𐔰𐕊 q̇ač ̣‘nazik, dar’
𐔰𐕍𐔰𐕓𐔼 aq̇aṭ’i ‘lüt’
𐔼𐔽𐔰 iˤa ‘yaxın’
𐔴𐔿𐔴𐕘 en’eġ ‘başqa’
𐕆𐔼𐕌𐔼 himi ‘digər, sonrakı, geriyə qalan’
𐕄𐔼𐔺𐔴 ḳiye ‘varlı’
𐕚𐔴𐕙 ser ‘doğru, həqiqi’
𐔴𐔺/𐔶 ey/ē ‘yaxşı’
𐕘𐕒𐕡𐔺 ġuy ‘yaşayan, canlı’
𐔱𐕒𐕡𐕀𐔼 buxi ‘güclü’

Sifətlər atributiv funksiyada işlədildikdə fleksiya olunmur. Onlar müvafiq referentin cinsini və ya sinfini əks etdirmir. Alban dilində həmçinin müqayisə (komperativ) və superlativ mənalı şəkilçilər də yoxdur. Əvəzində 𐔼𐕀𐕒𐔺 (ixoy) ‘daha’ + çıxışlıq istifadə edilir. Məsələn daha öncə nümunə gətirdiyimiz bu cümləyə bir daha baxaq:
𐔱𐕈𐔿𐔼 𐔴𐔳𐕘𐕒𐕀𐕒𐕠 𐔼𐕀𐕒𐔺 𐔱𐕒𐕡𐕍𐔰𐕎𐔰𐕒𐕡𐕎𐕎𐔴 – Bån’i edġoxoc ixoy buq̇anaunne – Onlardan ən böyüyü sevgidir. Bån’i ‘böyük’ mənasını verir. Bu sözü edġoxoc izləyir. -oxoc şəkilçisindən gördüyümüz kimi, bu II çıxışlıq halda olan sözdür. ed sözünün isə neytral əvəzlik olduğunu öncəki yazılarda qeyd etmişdim. ixoy isə “daha” və ya “ən” mənası qatıb. Yəni, “onlardan ən böyüyü”.

Əvəzliklər

Alban dilində şəxs əvəzlikləri ancaq birinci və ikinci şəxs üçündür. Üçüncü şəxs əvəzlikləri isə kişi, qadın və neytral cinslərdən fərqlənmir və onlar əvəzlik yerinə istifadə edilir. Bundan əlavə yiyəlik hal üçün proto-ləzgi kökü *źjǝ- olan bez/eş/ef forması və yiyəlik şəkilçisi labüddür :

  Birinci şəxs tək İkinci şəxs tək Birinci şəxs cəm İkinci şəxs cəm
Absolutiv/Erqativ 𐔵𐕒𐕡 zu ‘mən’ 𐕛𐕒𐕡𐕎 vun ‘sən’ 𐔷𐔰𐕎 žan ‘biz’ 𐕛𐔽𐔰𐕎 vˁan ‘siz’
Yiyəlik 𐔱𐔴𐔵𐔼 bezi ‘mənim’ 𐕛𐔶 vē ‘sənin’ 𐔱𐔴𐕐𐔼 beši ‘bizim’ 𐔱𐔽𐔴𐕔𐔼 bˁefi ‘sizin’
I dativ 𐔵𐔰 za 𐕛𐔰 va 𐔷𐔰 ža 𐕛𐔽 vˁa
II dativ 𐔵𐔰𐕚 zas 𐕛𐔰𐕚 vas 𐔷𐔰𐕚 žas 𐕛𐔽𐕚 vˁas
III dativ 𐔵𐔰𐕀 zax 𐕛𐔰𐕀 vax 𐔷𐔰𐕀 žax 𐕛𐔽𐕀 vˁax

İstərdim ki, Udi dilindəki sistemlə bunu müqayisə edim. Hazırda udi dilində zu, bezi, zas və s. komponentlər eyni qalsa da, Nic dialektində “sən” mənasına gələn vun əvəzliyi hun halını, Vartaşen dialektində isə un halını alıb. Biz mənasındakı žan əvəzliyi də yan formasına düşüb. Eləcə də qədim alban dili yiyəlik halda əvəzliklərlə -i yiyəlik şəkilçisini mütləq istifadə edirdisə udi dili onu ixtisar edib. Məsələn, albanca 𐔱𐔴𐔵𐔼 𐔸𐕒𐕡𐕙𐕌𐕒𐕡𐕀 (bezi turmux) ‘mənim ayaqlarım’ artıq udi dilində bez turmux (mənim ayaqlarım) formasında ixtisara uğramış şəkildə qorunur.

Alban dilinin bir başqa aspekti də distal demonstrativlər (yəni ki, işarə əvəzlikləri) və anaforik elementlərdir. Linqvistika bilməyənlərə çətin gələ bilən terminlər olsa da, qısa izahı mümkün şeylərdir. Anaforik elementlərə nümunə: Aytən universitetdən məzun oldu. Aytən bunu çoxdan istəyirdi. — burda anaforik element “bunu”, əslində “məzuniyyət”ə işarə edir. Yəni ki, anafora özündən əvvəlki ifadədən mütləq asılı olan elementdir. Bu elementlər alban dilində şəkilçi ilə göstərilir və üçüncü şəxs əvəzlikləri ilə eynidir.

 

Distal demonstrativ / anaforik elementlər

Referensiallar

Artikllər

Kişi

Qadın

Neytral

Kişi

Qadın

Neytral

Kişi

Qadın

Neytral

Tək

Mütləq hal

o

ya/ee

-o

-aġ

-o

o

a

e

Digər hallar

o-

aġ-

ed/ṭ- o-

-o-

-aġ-

-ed/ṭ- -o-

o

a

e

Cəm

Mütləq hal

å͞r

aġur

ebur

-å͞r

-aġur-

-ebur

e

e

e

Digər hallar

å͞-

aġr-

edġ-

-å͞-

-aġr-

-edġ-

e

e

e

Referensialları daha yaxşı başa düşmək üçün bir nümunə verək: 𐔱𐕒𐕡𐕍𐔰𐕎𐔰𐔺𐕒 buq̇anayo — buq̇ana burada “sevmək” deməkdir. Bu sözə -o referensialı əlavə edilibsə cədvələ baxaraq söhbətin bir kişidən və ya bir neytral şəxsdən getdiyini anlayırıq. Bu halda buq̇anayo “sevdiyim kişi” və ya sadəcə “sevdiyim” mənasına gəlir.

Qayıdış əvəzliyinə 𐔼𐕖 ič ‘öz’ sözü daxildir. Bu əvəzlik Azərbaycan dilindəki kimi  ismin yerində işlənir və ismin xüsusiyyətlərini daşıyır, hallana bilir.

Bir başqa əvəzlik də “qarşılıq” əvəzliyi adlanır. susn- formasıyla qarşımıza çıxan bu əvəzlik, böyük ehtimal öncələr *sunsun (bir-bir) kimi olub və zamanla qısaldılıb. Nümunəyə baxaq:
𐔰𐕠𐔶𐕎𐔴 𐕗𐕈𐕌𐕒𐕡𐕎 𐕚𐕒𐕡𐕚𐕎𐔰𐕀𐕒𐕐 𐔴 𐔰𐕐𐔰𐕙𐕄𐔴𐕜𐕒𐕡𐕇 – acēne ṗåmun susnaxoš e ašarḳeṭux̣ – Şagirdlər yenə bir-birləriylə getdilər. — Gördüyümüz kimi, burada susn- özünə -axoš komitativ (birgəlik) hal şəkilçisini alıb.

Alban dilində qeyri-müəyyən əvəzliklər yoxdur. Bunun əvəzində “filankəs” mənasında 𐔼𐕐𐕒𐕡 (išu, ‘kişi’) və 𐕆𐔼𐕅 (hil’, ‘şey’) sözlərini istifadə edirdilər.

Sual əvəzlikləri əsasən 𐕆𐔰- ha- hissəciyi ilə yaradılır. Bundan əlavə onun törəməsi olan “kim” mənasında 𐕆𐔰𐕐𐕒𐕡 hašu (ha+išu), “nə?” mənasına gələn 𐔺𐔰- ya-, “hara” mənasında 𐕌𐔰- ma- və “nə vaxt” mənasında 𐕌𐕒𐕖 moč hissəcikləri də var. Məsələn, 𐕆𐔰𐕌𐔰𐔺 hamay (ha+ma) = harada və ya 𐕆𐔰𐕌𐕒𐕚𐕜𐔰𐔺 hamosṭay (ha+ma+osṭay) = haradan kimi sual əvəzliklərini bu üsullarla yaratmaq olar.

Alban dilində əsas yerlərdən birini nisbi əvəzliklər tutur. Bu əvəzliklər çox vaxt sual əvəzliklərinə –𐕄𐔴 -ḳe şəkilçisi əlavə etməklə yaranır. Bu şəkilçi Azərbaycan dilində də olan fars köklü “ki” hissəciyidir və həmişə sözün sonunda olmalıdır. Gəlin bu cümləni analiz edək:
𐕎𐔰𐔰𐔵𐔰 𐕆𐔰𐕌𐔰𐔺𐕄𐔴𐕒𐕒𐕡𐕀𐕕𐔴𐕀𐔰𐔺 naaza hamayḳeouxʒexay:
n- : inkar şəkilçisidir
aa: bilmək
-za: birinci şəxsin təkinin I dativi
hamay: harada
-ḳe: ki
-o-: maskulin üçüncü şəxsin təki
-ux: cəm hal şəkilçisi
ʒexay: yerləşdirmək felinin keçmiş zamandakı halı
Hərfi tərcümə: Mən bilmirəm ki, onu harada saxlayıblar. (Yəhya 20.2)

Bununla da əvəzliklər bölməsini bitirdik. Növbəti yazı say sistemi haqqında olacaq.

Bir cavab yazın