You are currently viewing Səfəvilər dövründən Ağvan katolikosluğuna dair bir ərizə və cavabı

Səfəvilər dövründən Ağvan katolikosluğuna dair bir ərizə və cavabı

1701-1728-ci illərdə katolikosluq etmiş Yesai Həsən-Cəlalyanın Erməni kilsəsindən qopmaq cəhdləri ilə bağlı Erməni kilsəsi arxivində olan, Şah Sultan Hüseynə ünvanlanmış ərizəyə baxaq. Ərizəni oxuyanda görürük ki, Yesai Eçmiədzin (Üçkilsə) kilsəsinin əlindən Şəki və Şirvandakı qriqorian erməni, udin, tat əhalisinin mənsub olduğu Şirvan yeparxiyasını almaq istəyirmiş. Bunun iki səbəbi vardı – həm kilsənin mənsubları ona vergi verəcəkdilər, həm də gələcəkdə onların üzərində Həsən-Cəlalyanların siyasi üstünlüyünü təmin edəcəkdi.

Ərizənin başlığı

Şəki və Şirvan ərazilərindəki ermənilərin kəndxuda və keşişlərinin imzası ilə onlardan ibarət Ağvan xəlifəsinə bağlılıq ilə bağlı rəsmi müraciəti

Ərizənin mətni
Şəki və Şirvan mahallarının ərbabları, əyanları, məskunlaşmış əhali, kəndxudalar, ağsaqqallar, mehrasalar, keşişlər, cəmi xidmətkarlar, xalqın hamısı və digər erməni sakinləri etiraf etmişlər. Qəbul edir və istəyimizi bildiririk ki, qədim dövrlərdən bəri erməni xəlifəsi yuxarıda qeyd olunmuş mahallarda öz əba və dəstəmazları ilə xəlifə İsa Kənzəsari ilə möhkəmlənmişlər. Ona görə də Şirvan və Şəki vilayətinin bütün erməniləri yaxşı davranışı, toxgözlüyü, xeyir düşüncələrinə görə qədim xəlifə Zibdətül-əşbah İsa xəlifədən razıdırlar, ona şükür edirlər və onu qəbul edirlər. Vilayətə yeni gələn Həsbətülla rəhmətən tələbən xahişi və iddiası daşıyan Üçkilsənin xəlifəsini qəbul etmirik və bununla razı deyilik. Buna rzamız və şükrümüz yoxdur. Bu mənada tam, kamil məlumatı olan hər kəs öz adlarını bu səhifəyə yazmış və möhürlə bəzəmişlər. Öz yazısı olmayanlar isə icazə vermişlər ki, onların yerinə yazılsın.(Tərcümə etdi: Günel Oruc və Musa Ashofte)
İmzalar (birinci hissə)

  1. Qəbələ mahalının Nic kəndi kəndxudası Sargis
  2. Kəndxuda Avanes
  3. Başa düşdüm, Allahqulu.
  4. Başa düşdüm və etiraf edirəm, keşiş Poğos
  5. Bum kəndinin kəndxudası Bayram
  6. Həmçinin kəndxuda Nəsib
  7. Həmçinin kəndxuda Minas
  8. Nuxa kəndi kəndxudası Qriqori
  9. Başa düşürəm və etiraf edirəm, Şəkili kəndxuda Yavri Qəb(ə)l(y)i
  10. Qəbələ mahalı Çaylı kəndinin kəndxudası Baba (İSANIN XİDMƏTKARI)
  11. Yaqublu kəndinin kəndxudası keşiş Simeon (TANRININ XİDMƏTKARI)
  12. Dərəkənd (Dərəkərkənc?) kəndxudası Çanı (ÇANI)
  13. Babik kəndxudası Yadigar (TANRININ XİDMƏTKARI YADGAR)
  14. Qəbələ mahalı Zərrab kəndi kəndxudası Qriqor (QRİQOR, MƏSİHİN XİDMƏTKARI)
  15. Babik keşişi Serapion
  16. Yaqublu keşişi Nerses Bəynəzər
  17. Çaykəndi keşişləri İsaya və Çatur, həmçinin dərzi Əmir
  18. Xoşkaşen (indiki Qarabulaq, Oğuz) kəndxudası Harutyun
  19. Həmçinin kəndxuda Davud
  20. Bozavənd kəndxudası Andreas
  21. Həmçinin kəndxuda Ağabəy
  22. Ulmar kəndxudası Sargis
  23. Həmçinin kəndxuda Ağaxan
  24. Daşbulaq kəndxudası Yeğiazar (MƏSİHİN XİDMƏTÇİSİ YEĞİAZAR)
  25. Həmçinin Manvel keşiş
  26. Girdədul kəndxudası Şahnəzər
  27. Simeon kəndxuda
  28. Ohan keşiş də
  29. Qarabəy həmçinin
  30. Vəng kəndxudası Məlikşah
  31. Həmçinin kəndxuda Camal
  32. Və keşiş İsaya
  33. Kəndxuda Yaxşı bəy
  34. Həmçinin kəndxuda Avanes
  35. Keşiş Bağdasar həmçinin
  36. Kəndxuda Avanes
  37. Kilvar kəndxudası Bəynəzər
  38. Həmçinin kəndxuda Yeqan
  39. Quyxanı (Gövxanı?) kəndxudası Ohan
  40. Tosik kəndi kəndxudası Vardan (TANRININ QULU, VARDAN)
  41. Həmçinin kəndxuda Sargis (SARGİS)
  42. Kəndxuda Yavri
  43. Kəndxuda Sərdar həmçinin
  44. Ağçabara kəndxudası Zöhrab
  45. Kəndxuda İsaxan
  46. Yengicə kəndi kəndxudası Şamxal
  47. Padar kəndxudası Vardan
  48. Həmçinin kəndxuda Baba
  49. Vardanlı kəndxudası Sargis
  50. Kəndxuda Qazar
  51. Zərrab kəndxudası Bəylər, həmçinin Bayandur və Aydın
  52. Şəki mahalının Qozlu kəndinin kəndxudası Bəynəzər
  53. Məclis kəndinin keşişi Melikset
  54. Həmçinin kəndxuda Məlcan
  55. Kəndxuda Qulu həmçinin
  56. Salıbəy kəndinin kəndxudası keşiş Qriqor
  57. Kəndxuda Aydın
  58. Kəndxuda İsa
  59. Aydınbulaq kəndxudası…
  60. Həmçinin keşiş Melikset
  61. Həmçinin kəndxuda Qiyas
  62. Narlıcalı Məlik Ohan
  63. Kiş kəndinin kəndxudası Voskan
  64. Kəndxuda Ağası həmçinin
  65. Şurlu kəndxudası Nerses
  66. Həmçinin kəndxuda Simeon
  67. Həmçinin keşiş Tsatur
  68. Hətəmkənd keşişi Ohan
  69. Kəndxuda keşiş Avanes
  70. Güllüdağ kəndxudası Arzan
  71. Kəndxuda İsa
  72. Həmçinin kəndxuda keşiş Sargis
  73. Keşiş Martiros
  74. Çarxan kəndxudası Mkrtç
  75. Kəndxuda Avanes
  76. Keşiş kəndxuda Martiros
  77. Küngüt kəndxudası Allahverdi
  78. Həmçinin kəndxuda Markar
  79. Kəndxuda Badaran
  80. Kəndxuda Poğos həmçinin
  81. Vartaşen kəndxduası Uluxan
  82. Kəndxuda Yaqub (MƏSİHİN QULU AKOP)
  83. Kəndxuda Xanverdi
  84. Calut kəndxudası Qulu
  85. Həmçinin kəndxuda Allahverdi
  86. Həmçinin keşiş Əsəd
  87. Kəndxuda Avanes həmçinin
  88. Malx kəndxudası Allahverdi
  89. Keşiş Nəzər həmçinin
  90. Göybulaq kəndxudası Baba
  91. Kəndxuda Rüstəm
  92. Keşiş Melikset həmçinin
  93. Manc kəndxudası Stefan
  94. Kəndxuda Hovhannes
  95. Kəndxuda Petros
  96. Kəndxuda Matteos
  97. Xocavərd mahalı kəndxudaları
  98. Kəndxuda Mənuçöhr (MƏNÜÇÖHR – TANRININ QULU)
  99. Həmçinin kəndxuda Baba
  100. Həmçinin keşiş kəndxuda Movses
  101. Havarı kəndxudası keşiş Qriqor
  102. Kəndxuda keşiş Lazar
  103. Kəndxuda Tahirxan
  104. Kəndxuda Ağacan
  105. Həmçinin kəndxuda Lazar
  106. Kəndxuda Petros
  107. Keşiş Sahak (Farsca – “Mahal riayət” yazılıb, mənasını bilmirəm)
  108. Keşxurt kəndxudası Turşin
  109. Həmçinin kəndxuda Melkum
  110. Kəndxuda keşiş Simeon
  111. Pətəkli kəndxudası Melkum
  112. Keşiş-kəndxuda Avanes
  113. Keşiş-kəndxuda Davud
  114. Şəkili keşiş Yadigar
  115. Kəndxuda Gülkəsər
  116. Həzrə keşişi Sargis
  117. Həmçinin kəndxuda Balasan
  118. Yengicə kəndxudası Şahverdi
  119. Qutqaşen kəndxudası Yesaya

İmzalar (ikinci hissə)

  1. Tuğ kəndxudası Baba (MƏSİHİN QULU BABA)
  2. Yeğiya Vardapet (İSA MƏSİHİN QULU İLİYA)
  3. Dizaq mahalı Məlik(i) Yeqan (MƏLİK YEQAN)
  4. Hadrut kovxası Adıbəy (ADI BƏY)
  5. Saqiyan kəndindən Vardapet İsrail (İSA MƏSİHİN QULU VARDAPET İSRAİL)
  6. Şəkili Tuman Vardapet (TUMAN, İSA MƏSİHİN QULU)
  7. Şəki yepiskopu, tanrının qulu David (İSA MƏSİHİN QULU DAVİD VARDAPET ŞƏKİLİ)
  8. Şəki keşişi Tovma (TOVMA VARDAPET)
  9. Talış mahalı Məlik(i) Tamraz (İSANIN QULU MƏLİK TAMRAZ)
  10. Meysəri monastırının vardapeti Martiros (İSA MƏSİHİN QULU MARTİROS VARDAPET)
  11. Keşiş Qriqor (MƏSİHİN QULU QRİQOR)
  12. Qəbələ, Həsən və digər Şirvan mahallarının keşişi vardapet Tsatur
  13. Vərəndə məliyi Məlik Bağır (MƏLİK BAĞIR)
  14. Keşiş Movses (İSANIN QULU MOVSES)
  15. Qarabəy keşişi Nerses (İSANIN QULU NERSES)
  16. Çiləbörd mahalı Məlik(i) Məjnun (MƏLİK MƏJLUM)
  17. Yazılmış mətnin tərtibi ən aşağı bəndə olan kəndxudaya məxsusdur/və ya ondan bəhs edir (ALLAHDAN BAŞQA İLAH YOXDUR VƏ MƏHƏMMƏD ONUN QULUDUR)
  18. Ən aşağı bəndə Məhəmmədsəid mətnin həqiqiliyini təsdiqlədi (İTAƏTKAR BƏNDƏ MƏHƏMMƏDSƏİD)
  19. Ən aşağı bəndə Molla Fəthəli mətnin həqiqiliyini təsdiqlədi (FƏTHƏLİ)
  20. Ən aşağı bəndə Nuri mətnin həqiqiliyini təsdiqlədi (ALLAHIN QULU NURİ 1130)
  21. Ən aşağı bəndə Şamaxı kəndxudası Məhəmməd Şərif mətnin həqiqiliyini təsdiqlədi (ALLAHIN QULU MƏHƏMMƏD ŞƏRİF 1124)
  22. Ən aşağı bəndə Mir Mustafa mətnin həqiqiliyini təsdiqlədi. (SEYİD MUSTAFANIN AİLƏSİNƏ SALAM OLSUN 1115)
  23. Ən aşağı bəndə Şamaxılı Məşədi Qədir mətnin həqiqiliyini və gerçəkliyə qarşı olmadığını təsdiqlədi.
  24. Buna şahiddir Məhəmməd Əli (ALLAHIN QULU MƏHƏMMƏD)
  25. Ən aşağı bəndə Qəbələli Seyyid Əhməd mətnin həqiqiliyini təsdiqlədi.
  26. Ən aşağı bəndə Molla Yusif mətnin həqiqiliyini və gerçəkliyə qarşı olmadığını təsdiqlədi. (ALLAHIN QULU MƏHƏMMƏD YUSİF)
  27. Ən aşağı bəndə Həşim xan mətnin həqiqiliyini təsdiqlədi.
  28. Məlik Esayinin bəndələrinin ən acizi Xələf mətnin həqiqiliyini və gerçəkliyə qarşı olmadığını təsdiqlədi.
  29. Hayet və Xoraverd mahalları məliki Hacının bəndələrinin ən acizi Həsən Şafi Hacı Məhəmməd mətnin həqiqiliyini təsdiqlədi.
  30. Ən aşağı bəndə Qutqaşınlı Əbdülkərim mətnin həqiqiliyini və gerçəkliyə qarşı olmadığını təsdiqlədi. (MƏHƏMMƏD KƏRİM)
  31. Qəbələnin bütün erməni kədxudaları və rəiyyəti İsa xəlifə ilə bağlı məmnunluqlarını dilə gətirdilər və Qəbələ məliki Məhəmməd Şakirin hüzurunda ondan razı olduqlarını və Üçkilsənin rəhbərləyini qəbul etmədiklərini ifadə etdilər. (ALLAHDAN BAŞQA MÜLK SAHİBİ VƏ BÖYÜK YOXDUR, QUL MƏHƏMMƏD ŞAKİR 1120)
  32. Habet və Xoravərd mülkünün ən aciz qulu Hacı mətnin həqiqiliyini və gerçəkliyə qarşı olmadığını təsdiqlədi.
  33. Ən aşağı bəndə Talib mətndə yazılan qəbul edilmənin həqiqiliyini və gerçəkliklə zidd olmadığını təsdiqlədi.
  34. Ən aşağı bəndə Mirzə Məlik Məhəmməd Qarabaği mətndə yazılan qəbul edilmənin həqiqiliyini və gerçəkliklə zidd olmadığını təsdiqlədi. (MİRZƏ MƏHƏMMƏD)
  35. Doğrudur və gerçəkliklə zidd deyil (1061)
  36. Məsələ bir neçə hissəyə bölünüb tədqiq edilir (ALLAHIN QULU, ZEYNALABDİN)
  37. Yazılan mətn dinlənildi və araşdırılaraq həzrətə təqdim edilir. (ALLAHDAN BAŞQA İLAH YOXDUR, HAKİMİYYƏT ADİL OLAN ONA MƏXSUSDUR, 1114)
  38. Padar və Ərəş mahalının məliyi, ən aşağı bəndə Məlik Şəhabəddin mətndə yazılanların həqiqiliyini və gerçəkliklə zidd olmadığını təsdiqlədi. (ALLAHDAN BAŞQA İLAH YOXDUR, HAKİMİYYƏT ADİL OLAN ONA MƏXSUSDUR)
  39. Yazılan mətn dinlənildi və araşdırıldı. (ALLAHDAN BAŞQA İLAH YOXDUR, HAKİMİYYƏT ADİL OLAN ONA MƏXSUSDUR)
  40. Ərizəçilərin yazdığı kimi, həqiqidir və gerçəkliklə ziddiyyət təşkil etmir, Qəbələ qazısı Məhəmmədsəid (ALLAHDAN BAŞQA İLAH YOXDUR, HAKİMİYYƏT YALNIZ ONA MƏXSUSDUR)
  41. Tədqiqatın nəticəsində yazılan mətnin xahiş ərizəsi olduğuna qənaətə gəlindi. (ALLAHIN QULU MƏHƏMMƏD QASİM)



Katolikos Divanı, qovluq. 2b, sənəd. 208a, orijinal, ölçü. 24,5 x 91,5 sm – şəkillər Kristine Kostikyanın topladığı ШАРИАТСКИЕ-НОТАРИАЛЬНЫЕ ДОКУМЕНТЫ (XVII–XVIII вв.) sənədlər toplusundan götürülüb. Ədalətli istifadəyə istinadən bura yerləşdirilib. Müəlliflik hüququ pozuntusu hədəflənməyib.

Bu ərizəyə cavab 1701-ci ildə Şah Sultan Hüseyndən bir fərmanla gəlib. Fərmanda Şirvan, Qarabağ və Gəncə mahallarının katolikosluğunun əvvəl onun əmisi İyeremiyada olduğu təsdiqlənir [Katolikos II İyeremiya Həsən-Cəlalyan (1676-1700), Xaçın məliyi Bağdasarın oğlu]. Lakin onun yerinə keçirilmiş Simeonun bu mövqeni qəsb etdiyi qeyd edilir. Ərizənin Qarabağ şeyxülislamı tərəfindən təsdiqləndiyi yazılır, həmçinin katolikosun 50 əşrəfini peşkəş olaraq xəzinəyə ödədiyi də qeyd edilir. Fərmanda öncəki katolikos İyeremiyanın 1111-ci ildə (qriqorian tarixi ilə – dekabrın axırı 1699, yanvarın əvvəli 1700) Azərbaycan sərkarına göndərdiyi ərizə də xatırlanır. İyeremiyanın bu ərizəsində Ağvank katolikosluğunun ona verilməsi xahiş edilir. Deyilir ki, bu vəzifə ona əmisi Qriqordan (Katolikos V Qriqoris Həsən-Cəlalyan (1634-1653), Xaçın məliyi II Vəlicanın oğlu) qalmışdır amma Qriqor ölərkən İyeremiya və qardaşları uşaq olduğu üçün post Qriqorun tələbələrindən olan Petrosa (Katolikos IV Petros (1663-1675) – Katolikos Qriqorisin oğulluğu) verilmişdir; Petros isə ölmədən öncə bu vəzifəni İyeremiyaya vəsiyyət etmişdir.



Katolikosluq Divanı, qovlub 2b, sənəd. 142, ölçü 22 x 35.5sm – şəkillər Kristine Kostikyanın topladığı Persian Documents of Matenadaran – Decrees (Volume 3 – 1652-1731) sənədlər toplusundan götürülüb. Ədalətli istifadəyə istinadən bura yerləşdirilib. Müəlliflik hüququ pozuntusu hədəflənməyib.

Ərizədəki müəyyən adları biz 28 oktyabr 1725-ci ildə Rus çarı Pyotra ünvanlanmış məktubda da görə bilərik, məsələn, Tosik kəndxudası Vardan, Bum kəndindən Bayram və Nəsib. Ümumiyyətlə katolikos Yesai Həsən-Cəlalyanın fəaliyyətinə fikir versək görərik ki, Səfəvilərə qarşı Rusiya ilə, Eçmiədzinə qarşı Səfəvilərlə əməkdaşlıq edib. Hətta onu katolikos təyin edən Şah Sultan Hüseynin adı da ruslarla məktublaşmalarında dəfələrlə çəkilib. Həmin məktublaşmaların ümumi siyahı və mətninə bu linkdən baxa bilərsiniz. Yesai 1728-ci ildə öldürülüb.

Bir cavab yazın