Christian Jégou: the battle of Talas (or Taraz), 751

Yəqin ki, məşhur Talas döyüşü haqqında çoxumuz eşitmişik. Türkləri müsəlmanlığa gətirən döyüş və s. Amma müharibəyə gətirib çıxaran şərait haqda çoxumuz məlumatsızıq. Bu yazıda onlardan bəhs edəcəm.

[ideo_wow_title el_font_family=”Segoe UI|300|null” el_elemnt_style_colors=”{‘title_color’:”}” el_uid=”5a36a5318a39f”]Çin və Mərkəzi Asiya[/ideo_wow_title]

Göytürk xaqanlığı faktiki olarak 745-ci ildə dağılmışdı və yerini Uyğur xaqanlığı almışdı. Uyğurlar isə Göytürklər kimi Mərkəzi Asiya və Şərqi Avropaya çıxmaqda, İranla münasibətlər saxlamaqda maraqlı deyildilər. Ona görə də Mərkəzi Asiyanın qərbi, bozqır bölgələri Türkeş dövlətinin əlində idisə, şərqindəki (İndiki Qırğızıstan, Özbəkistan, Cənubi Qazaxıstan) torpaqlar ayrı-ayrı şəhər dövlətləri tərəfindən idarə olunurdu. Bu dövlətin idarəçiləri heç də hamısı türk deyildi, əsasən irandilli olan soğd və toxarlardan ibarət olan şəhərlər vardı. Onlar əslində müstəqil olsa da, Çin imperatoruna hər il vergi göndərirdilər.

Böyüklü-kiçikli təqribi 72 dövlətdən ibarət bu dövlətlərin əsas gəlir mənbəyi ticarət idi. Bizansdan, İrandan və Hindistandan gələn tacirlər burada Çin ipəyi və məhsulları ilə tanış olurdular. Soğdlar şərqlə qərb arasında vasitəçi rolunu oynayırdı. Uyğurlar öz əlifbasını onlardan götürmüşdü, maniheizm və xristianlıq Şərqi Asiyaya soğdlar sayəsində çatmışdı. Hətta Çin paytaxtında zərdüşti atəşgahı vardı.

Tan sülaləsi isə 640-cı ildə “Anşi protektoratı” yaradaraq gözünü qərbə dikmişdi. 658-ci ildə Qərbi Türk xaqanlığını yıxaraq bu istəyinə nail oldu. Bu torpaqlar iki yerə bölünərək Göytürk şahzadələrinə tapşırıldı. Yəni idarə edənlər yenə eyni əsilzadələr idi amma xaqana yox, imperatora cavab verirdilər.

Hətta Göytürk xaqanlarının nəslindən gələn Cuçi adlı bir Çin sərkərdəsi 677-ci ildə üsyana qalxaraq özünü “On ox xaqanı” elan etmişdi. Bu qədər qarışıqlığın içində Çin sarayına heç gözlənilməyən bir qonaq da gəlmişdi.

[ideo_wow_title el_font_family=”Segoe UI|300|null” el_elemnt_style_colors=”{‘title_color’:”}” el_uid=”eb5e2b0d08f4″]İranlı şahzadə[/ideo_wow_title]

Bu qonaq İrandan gəlmişdi – şahzadə Firuz. Son şah III Yezdəgird öz adamları tərəfindən öldürüldükdən və ölkəsi ərəblər tərəfindən işğal olunduqdan sonra göytürklərin köməyi ilə Çinə qaçmışdı. İmperator bu fürsətdən istifadə etdi. Firuzu öz sərkərdələrindən biri olan Pey Hsinqcyen (裴行儉) ilə birlikdə qərbə göndərdi. Pey sərhədə çatandan sonra Göytürk xaqanına məktub yazdı ki, onunla işi yoxdur və sadəcə İran şahzadəsinə öz taxtını geri vermək üçün yolunun açılmasını tələb edir. Xaqan bunu eşidib özü şəxsən sərkərdənin yanına gəlir ki, şahzadənin İran taxtına oturmasına kömək olsun. Sərkərdənin fəndinə inanan xaqan yerindəcə həbs olunur. Şahzadəni də İrana aparmır, xaqanın əlində olan qalalardan birini ona tapşırıb qayıdır.

[ideo_wow_title el_font_family=”Segoe UI|300|null” el_elemnt_style_colors=”{‘title_color’:”}” el_uid=”5a36b9fef2443″]Ərəblərin gəlişi[/ideo_wow_title]

Ərəblərin regiona gəlişi əvvəllər daima Çin və İran arasında seçim etməyə məcbur olan şəhər-dövlətləri bu dəfə Xilafət və Çin arasında seçimə məcbur etdi. Şəhər-dövlətləri öz aralarında da mübarizə aparırdılar və bunun üçün tez-tez yerli ərəb sərkərdələrə müraciət edirdilər. Buxara, Daşkənd, Fərqanə kimi dövlətlər öz aralarında qanlı siyasət apararkən qazananlar ərəblər olurdu.

Gücdən düşən şəhərləri asanlıqla fəth edən ərəblər gözünü artıq bütün bölgəyə dikmişdi. 715-ci ildə ərəblərin kömək etdiyi bir yerli hakim – Alutar – tərəfindən qovulan qovulan İxşid Çinə gəlir və ona taxtının geri verilməsini istəyir. 715-ci ildə İxşidə öz torpaqları geri qaytarılır. 717-ci ildə ərəblərə qarşı göndərilən ikinci ordunun Çinli sərkərdələrindən biri Göytürk şahzadəsi Aşina Hsin idi.

Çox keçmədən başqa bir türk üsyana başlayır. O xaqanların nəslindən yox, Tonyukukun nəslindən idi. Yəni, Göytürk vəzirlərinin və xatunlarının. [tooltip text=”Göytürklərdə hər şey nəsilə əsaslanırdı. Xaqanlar ancaq Aşina soyundan çıxırdısa, vəzirlər və xatunlar da Aşide soyundan çıxmalı idi.” text_color=”” background_color=”” el_uid=”f93827cc988d”][/tooltip]

Çin mənbələrində adı Venfu kimi yazılan bu türk əvvəllər kiçik çaplı qələbələr qazanır. Lakin məğlub olduqdan sonra bu dəfə son Göytürk xaqanının qardaşıoğlu Funyanı dəstəyə çağırır. Lakin xaqanın Funyan Venfunu çinlilərə satır, özü də təslim olur. Hər bir halda, onu da sağ qoymurlar. Sərkərdə Pey Funyana söz vermişdi ki, edam olunmayacaq, məhkəmə isə onu 56 adamı ilə birlikdə edam edir. Sözünün yerə salındığını görən sərkərdə Pey isə istefa verir. Onun ikinci arvadı da elə türk qızı idi.

[ideo_wow_title el_font_family=”Segoe UI|300|null” el_elemnt_style_colors=”{‘title_color’:”}” el_uid=”205b96f1b4e0″]Koreyalı sərkərdə[/ideo_wow_title]

Sərkərdə Peyin istefasından sonra çinlilər bir müddət Mərkəzi Asiyaya diqqət yetirmədilər, sərkərdələr də qeyri-stabil olaraq tez-tez dəyişirdi. 700-cü ilin ortalarında artıq Toxarıstandan, Səmərqənddən yerli hökmdarlar imperatora məktub yazıb ərəb yağmaçılardan şikayətlənməyə başlamışdılar.

747-ci ildə Çin imperatoru koreyalı bir şahzadə olan Ko Soncini Qərb protektoratına təyin etdi. Onun atası Koreyanın işğalı vaxtı əsir alınmışdı. Özü isə Kaşqar şəhərində böyümüşdü. Onun dövründə Çində yenidən hərəkətlənmələr başladı, Çin ordusu onun başçılığı ilə artıq Kəşmirə və Pakistanacan gəlib çıxmışdı.

749-cu ildə, Talas müharibəsinə təkan verəcək bir səhvə imza atdı.

[ideo_wow_title el_font_family=”Segoe UI|300|null” el_elemnt_style_colors=”{‘title_color’:”}” el_uid=”5a36b6f071003″]Talas döyüşü[/ideo_wow_title]

749-cu ildə Toxarıstan hakimi imperatora qonşu dövlətlərdən Kəşmirin Tibetlilərlə birgə Çinə hücum edəcəyi barədə xəbərdarlıq göndərir. İmperator cavab olaraq sərkərdə Ko başçılığında böyük bir ordunu Kəşmirə yollayır, hökmdarı öldürülür. Ona dəstək olan Çaç (indiki Daşkənd) hakimi Çəbiş ilə də sülh imzalanır.

Lakin sərkərdə Ko gözlənilmədən Daşkəndə hücum edir, xəbərdarlıqsız şəhəri ələ keçirir və Çəbiş həbs olunaraq paytaxta edam üçün göndərilir. Ko əsirlərə amansız davranır, zəif və qocaların hamısını diri-diri yandırır. Ko özü də çəlimsiz və fiziki zəif biri idi. Daşkənd şahzadəsi isə qaçmağı bacarır və koreyalı şahzadənin öz sözünə xəyanəti tezliklə bütün şəhərlərə yayılır. Abbasilərdən kömək alaraq müstəqil olmağı düşünən şəhərlər sözü bir yerə qoyaraq ərəbləri çağırırlar.

Bunu eşidən sərkərdə Ko birinci özü zərbə endirmək üçün Talas yaxınlarına gəlib düşərgə qurur. Ərəb mənbələrinə görə çinlilərin 100.000, çinlilərin öz dediklərinə görə isə 30.000 əsgəri vardı.

Bir tərəfdə ərəblər, tibetlilər və soğdlar, digər tərəfdə isə çinlilər və türklər vardı. Döyüş vaxtı üstünlük çinlilərdə idi. Lakin türklərin tərəf dəyişdirməyi çinlilərin məğlubiyyətini dəqiqləşdirdi.

Ko isə təslim olmağı düşünmürdü. Ordusunu yenidən yığıb Mərkəzi Asiyanı ərəblərdən almaq istərkən Çində An-Şi üsyanı baş verdi. Çin ordusu paytaxta çağırıldı.

[ideo_wow_title el_font_family=”Segoe UI|300|null” el_elemnt_style_colors=”{‘title_color’:”}” el_uid=”5a36cd70dd891″]Türklər həmin hadisə ilə müsəlmanlaşdı?[/ideo_wow_title][vc_column_text_styled el_elemnt_style_colors=”{‘text_color’:”,’link_color’:”,’background_color’:”,’border_bottom_block_color’:”}” el_uid=”5a36cdae3ded3″]Əlbəttə ki, yox. Türklərin bir hissəsi Uyğurların təsiri altına keçdi. Bir hissəsi isə onsuz da Türkeşlərin hakimiyyəti altında idi. Digər hissəsi isə An-Şi üsyanında döyüşürdü. An-Şi üsyanı da bir Türk sərkərdə olan An Luşan tərəfindən Tan sülaləsinə qarşı başlamışdı. Üsyanın digər başçısı digər türk sərkərdəsi Şi Simin idi. Üsyan o qədər böyük idi ki, Üsyanın sonunda 10-30 milyon arası ölüm faktı qeydə alınmışdı. Tan sülaləsi üsyanı yatırmaq üçün həm Uyğurlardan, həm də Xilafətdən kömək almalı oldu.

Türklər hələ də mübarizə aparırdılar. Karluqlar 753-cü ildə yabqu Tonbucuqun başçılığı ilə yenidən Çinə tabe olmaq istəklərini bildirmişdilər. Hətta Daşkənd də 753-cü yenidən Çinin tabeçiliyinə keçməyi üstün tutmuşdu. Türklər hələ 200 il müsəlman olmayacaqdılar.

Koreyalı sərkərdə daha sonra edam edildi.[/vc_column_text_styled][ideo_message_box el_title=”Maraqlı” el_content_align=”center” el_elemnt_style_colors=”{‘content_background_color’:”,’title_color’:”,’desc_color’:”}” el_uid=”5a36d5c53e7e0″]Çinli yazıçı Bo Yan 1987-ci ildə “Daşkənd qətliamı” adlı hekayə yazmışdı. Amma hekayədə Daşkəndin hakimi yunanlar kimi göstərilir. Daşkəndin xatunu bütün Çini lənətləyir.[/ideo_message_box]

Talas döyüşü
Soğd tacirlər
Qızıl mağarası
Tan sülaləsi
Christian Jégou: the battle of Talas (or Taraz), 751
Çin astronomları
Tang Yin