Neçә ildi bu saytda heç bir sahәdә olmadığımız qәdәr ekspert olmuşuq. İndi isә gәlin, yeni üzvlәrә yol göstәrәcәk bir yazı oxuyaq. Twitterin Maslov piramidası, ehtiyacları, hava-su kimi vacib olan istifadәçilәri (әlbәttә, özüm istisna olmaqla):

  1. @azpresident – Azәrbaycan Twitter seqmentinin әn çox izlәnilәn istifadәçisi (hәrçәnd, aztwi.com siyahısından çıxarılıb), cәnab Prezidentin hesabı. Twitterin AzTV-si. Bu profili izlәyәrәk hәr bir neçә gündәn prezidentin çox maraqlı çıxışlarından sitatlar, әylәncәli tvitlәr, düşmәnlәrә od qoyan sarkastik bәyanatlar oxuya bilәrsiniz.
  2. @umid_ahmedov – Azәrbaycan yeni media vә mәdәniyyәtinin araşdırmaçısı, BOK hәmtәsisçisi, sünni fiqhi alimi vә libertarian mütәfәkkir. Bәzәn +18 mövzulara girsә dә izlәnilmәyi mәslәhәtdir. Twitterin Erosu.
  3. @Xasay_Mesih – Eks HOSTed iqtisadçı, müstәqil mütәfәkkir. Heç bir qәlibә sığmadığı üçün izaholunmazdır. Twitterin Apollonu.
  4. @haciseferov – mәşhur “Soxasan belә yaşayışa” tvitinin sahibi, әdәbiyyat aşiqi, post-modern, kәdәrsiz Şopenhauer. Hardcore bakılı olub solameyilli fikirlәri ilә mәşhurdur. Twitterin Morosu.
  5. @loutmann – praktik bohem, yeraltı әdәbiyyatı bilicisi. Futbol matçları vaxtı sәssizә alın. Twitterin Dionisi.
  6. @huseynli_ilkin – individual anarxist mütәfәkkir vә metalhead. Cavid Ağanın daha akademik, daha rasional versiyası, uzaq qohumu. İdeoloji mübahisәlәr vә müzakirәlәrdә cırışmaq üzrә mütәxәssis. Twitterin Prometeyi.
  7. @alinovruzov – hardcore bakılı vә şirvanlı (şәhәr yox, region), qeydiyyatdan keçәrkәn Twitterin izlәmәk üçün @bbcazeri ilә birlikdә tәklif etdiyi hesab. Praktikada kübarlıq imitatorudur, fransızca öyrәnir vә xaricdә әn çox bilinәn azәrbaycanlılardandır. Hәr gün bir az da sola sürüşür. Twitterin Zeusu.
  8. @stilimbeledi – Twitterin әn әsas yerazı, hüquqşünas. Әdәbiyyat adamı. İlk izlәnilmәsi gәrәkәn hesablardan. Twitterin Eskulapı.
  9. @HuseynovaTurkan vә @MetlebMukhtarov – Twitterin Hermes vә Afroditası, öz sahәlәrinin obsessiv bilicilәri. Oskar vә Nobeli vermәzdәn әvvәl onlardan mәslәhәt alırlar.
  10. @UlviyyaAli – Twitterin Afinası, insan hüquqları müdafiәçisi, tutulsaz mәhkәmәnizә gәlәcәk. Rus rokunun tәdqiqatçısı vә anarxist.
  11.  @rasim_o – qrafik dizayner, qızların inboxuna Youtube linki atmaq әnәnәsinin yaradıcısı qocaman persona, Twitterin Panı. Retvitlәri daha maraqlıdır.
  12. @ArasBulba vә @OrxanAta – @cavidaga ilә birlikdә Twitterin fövqәlbәşәr qüvvәlәri. Xaosdan doğulmuş ilk varlıqlar.
  13. @RasulZaidov – Twitter vә Facebook arasındakı körpü, söhbәt xırdalamaq üzrә mütәxәssis, Nitsşenin idealı – bir cümlәylә sındıran – istifadәçi. Twitterin Heraklı.
  14. @96ismayil – fәrdiyyәtçiliyin epitomu, “әdәbi dәyәr” anlayışının yaradıcısı. Twitterin Deymosu.
  15. @jschwerdtf – Fransa tәhsilli mütәfәkkir vә tәnqidçi. Sivil dәyәrlәrin dekonstruktoru. Twitterin Fobosu.
  16. @SamedRahimli – Anarxizmә gedәn yoldakı dayanacağın dispetçeri, hüquqşunas, dastan boyda statuslar müәllifi. Twitterin Honosu.
  17. @mikrobloqqer – Twitterin milli qәhrәmanı, gәnc qızların sevimlisi. Orijinal Twitter istifadәçilәrindәn. Twitterin Heliosu.

Bu Twitter panteonunu izlәyәndәn sonra onsuz da digәrlәrinә yolunuz açılacaq. Çalışın tweetlәri Facebookda paylaşılan istifadәçilәrdәn uzaq durun.